Hacı Məmmədkərim Ramazanov Bakının varlı tacirlərindən idi. Onun dəmir məmulatlar dükanları indiki Əziz Əliyev küçəsində, “Nümunəvi cərgə” adlanan yerdə yerləşirdi.
Hacı Məmmədkərim və onun həyat yoldaşı Ümbülbanu indiki Vəli Məmmədov küçəsi, 24-də yerləşən binada yaşayırdılar. Bu bina 1895-ci ildə tacirin sifarişi ilə inşa edilmişdir. Ailə binanın dördüncü mərtəbəsində yaşayırdı. Hacı öz evinin eyvanında tez-tez “Muğam gecələri” təşkil edirdi, evin altında muğam həvəskarlarını toplayırdı. Binanın zirzəmisində “Ermes” adlı kinoteatr fəaliyyət göstərirdi. Başqa mərtəbələr isə yaşayış və ticarət üçün icarəyə verilirdi.
Lakin ailənin səkkizillik evlilik müddətində övladı yox idi. Bir gün Hacı Cümə namazı üçün məscidə gedir və orada camaatın qarşısında Qurana əl basıb and içir: “Allah mənə uşaq verdiyi gün müqəddəs Məşhəd şəhərinə ilk övladımın çəkisi qədər qızıl göndərəcəyəm”. Bir müddət sonra ailənin qız övladı dünyaya gəlir və adı Hökümə qoyulur. Hacı dükandan tərəzi gətirərək, uşağı camaatın qarşısında tərəzinin bir hissəsinə qoyur, digərinə isə qızıl sikkələr tökməyə başlayır. Lakin onun kifayət qədər pulu olmur. Bu zaman Hacı qızılla bəzənən kəmərini çıxarıb tərəziyə qoyur və tərəzini tarazlayır. [https://ednews.net/ru/news/interesting/364697-rokovaya-sudba-semi-kupca-ramazanova]
Bir müddət sonra Hacının daha üç oğlu olur.
Qızın 14 yaşı olanda şəhərin tanınmış bir qoçusu Hacının evinə elçilər göndərərək, qızını özünə istəyir. Lakin Ramazanov qoçunu evdən qovur. Ertəsi gün isə həmin qoçu Hacının böyük oğlunu öldürür. Hacı başa düşür ki, qanlı qisasın nəticəsində o, bütün övladlarını itirə bilər. Bu səbəbdən Ramazanov “Mən onları Allaha tapşırıram” sözləri ilə qisas almaqdan imtina edir.
1920-ci ildə Ramazanovlar ailəsinin yaşadığı ev sovet hakimiyyəti tərəfindən milliləşdirilir və mənzillər bölüşdürülür. Ramazanovlara isə evdən iki otaq ayrılır. Hacı 1921-ci ildə vəfat edir. 1950-ci illərdə isə Ümbülbanu xanım vəfat edir. Son günlərində evlərinə oğlunun qatilləri gəlir, diz çöküb, qadından əfv diləyirlər. Lakin o, qatilləri bağışlamır. Hokümə xanım isə qardaşının ölümünə görə özünü günahkar sayır və ömrünün sonuna kimi ailə qurmur.
Ramazanovlar ailəsinin davamçıları bu gün də həmin evdə yaşayırlar. [https://www.youtube.com/watch?v=ANARQuNMktE]