4 oktyabr tarixində Bakı Kitab Mərkəzində İslam dini alimi, müəllif, tərcüməçi Ştefan Vaydnerin “Yeddi eşq qübbəsi” adlı mühazirəsi baş tutacaq. Tədbir Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Kitab mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək.
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş mühazirə saat 18:00-da Azərbaycan və alman dillərində keçiriləcək.
Tədbirə yalnız COVID-19 pasportu və ya immunitet sertifikatı olanlar buraxılacaq.