top
Bakıda ilk milli qiraətxana
23 fevral 2023, 19:00
- +

Bakıda ilk milli qiraətxana

Nəriman Nərimanov xalqın inkişafına, maariflənməsinə təsir etmək məqsədilə kitabxana açmaq istəyir. Lakin maddi vəsait olmadan belə bir mədəniyyət ocağının təşkili və fəaliyyəti çətin idi. O, dostlarının - S.Qənizadənin, H.Mahmudbəyovun, Ə.Cəfərzadənin köməyi ilə Xaqaninin, Nizaminin, Füzulinin, Sədinin, Hafizin, Firdovsinin, Bakıxanovun və digərlərinin əsərlərini, həmçinin jurnal və qəzet toplamağa başlayır.

Kitabxana açmaq üçün müəyyən hazırlıq işi görüldükdən sonra Nərimanov Bakı qubernatoruna icazə üçün müraciət edir. Müəyyən çətinlikdən sonra qubernatorun icazəsi ilə 1 avqust 1894-cü ildə qiraətxana fəaliyyətə başlayır. [Abuzər Xələfov. Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920). Bakı-1960]

Nərimanov qısa zamanda bir çox ölkələrin nəşriyyatları ilə əlaqə yaratmağa müvəffəq olur, müxtəlif dillərdə qəzet, məcmuə və kitablar ala bilir. Bir çox nəşrlər isə Nərimanov və başqa ziyalıların xahişi ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi nəticəsində əldə edilir. Kəlküttə, İstanbul, Qahirə, Sofiya, Təbriz, Tehran və digər şəhərlərdən xeyriyyə yolu ilə qiraətxanaya pulsuz kitab, qəzet və jurnal da göndərilirdi.

Daha çox imkansız kütlənin maariflənməsinə dəstək olmaq üçün qiraətxanaya giriş haqqı 2 qəpik idi. Oxucuların əksəriyyətini fəhlələr təşkil edirdi. Qiraətxananın fondunda müxtəlif dillərdə ədəbiyyatın mövcudluğu bir çox millətlərdən olan oxucuların buraya gəlməsinə imkan yaradırdı. 1895-ci ilin aprel-may aylarında kitabxanaya gələn 710 oxucudan 200-ü rus, 151-i azərbaycanlı, 130-u erməni, 25-i gürcü, 8-i alman, 5-i fransız idi.

Oxucuların suallarına tez cavab vermək, fondda mövcud kitabları, qəzet və jurnalları onların nəzərinə çatdırmaq üçün burada kataloq düzəldilmişdi. Kitabxananın nəzdində ədəbiyyat və aktyorluq dərnəkləri də təşkil edilmişdi. [125 yaşlı ilk kitabxana-qiraətxanamız. Mədəniyyət.- 2019.-  2 avqust.- S.1;6.]

Nərimanovun qiraətxanası ilk vaxtlar Spasski (indiki Zərgərpalan) küçəsində bir evdə kirayə otaqda fəaliyyət göstərir. Bir müddət sonra kitabxana Qorçakovski (sonralar H.Z.Tağıyev) küçəsində kiçik bir mənzilə, daha sonra isə indiki Fəvvarələr meydanındakı evə köçürülür. [https://azerhistory.com/?p=11292]

Nərimanovun qiraətxanası 4 (başqa mənbələrə görə 2) il fəaliyyət göstərib. Ruhanilər qiraətxanaya getməyi müsəlmanlar üçün günah hesab edərək, onun əleyhinə çıxırlar. Çar hökuməti isə gənclərin qiraətxanada sıx toplaşmasından ehtiyat edərək, onu bağlatdırır. [Abuzər Xələfov “Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920). Bakı-1960]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər