top
Bakı Atlantidası: sualtı şəhərin əfsanəsi
28 avqust 2021, 14:20
- +

Bakı Atlantidası: sualtı şəhərin əfsanəsi

Bakı buxtasının cənub-qərb hissəsində, sahildən 250 metr məsafədə, kiçik bir adada, orta əsr tikilisinin qalıqları var. Bayıl yaşayış sahəsinin yaxınlığındakı adada yerləşən bu abidəni həmin yerin adına uyğun olaraq “Bayıl qəsri” yaxud “Səbayıl” (fars dilindən “Bayıl daşları”) adlandırmışlar.

1939-1969-cü illərin arxeoloji tədqiqatları nəticəsində, suyun altından 700-ə yaxın kitabə çıxarılmışdır. Bu kitabələrdən qalanın inşaat tarixini - hicri 632-ci il (1232-1235-ci illər), və memar Zeynəddin bin Əbu Rəşid Şirvaninin adını təyin etmək mümkündür. Qız qalasından gedən yeraltı yollardan biri bu qalaya çıxırdı. Alimlərin fikrincə, qala 1306–cı ildə baş verən güclü zəlzələ nəticəsində dağılmış və suyun altında qalmışdır.

XVII əsrdə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən, qalanın qalıqları su səviyyəsindən yuxarı idi və onun forması haqqında təsəvvür yaradırdı. Qəsrin uzunluğu 200 metrə yaxın, eni isə 34 metr idi. Abidənin 15 qülləsi var idi.

Sualtı quruluşun ilk yazılı təsvirini 1723-cü ildə Bakı buxtasını ziyarət edən rus dənizçisi İvan Soimonov verir. Onun sözlərinə görə, bu tikili qədim zamanlarda karvansaray idi. Lakin başqa versiyalar da mövcuddur. Bəziləri, qalanın keçmişdə liman kimi fəaliyyət göstərdiyini iddia edir. Bəziləri isə, divarların qalınlığını 1,4-1,75 metr və çox sayda qüllənin olmasını nəzərə alaraq, bu binanı müdafiə qalalarının sırasına aid edirlər.

Burada suyun altından çıxarılmış kitabələrin xüsusiyyəti ondadır ki, onların müsəlman abidəsi olduğuna baxmayaraq, üzərində insanların və heyvanların şəkilləri təsvir olunub. Bayıl qəsrinin daş kitabələrində tədqiqatçılar 15 Şirvanşahın adını və 10-dan çox üz təsvirini tapmışdılar. Onların arasında, qəsrin tikintisi zamanı Şirvanşahların hökmdarı olan III Fəribürzün də şəkli var. 1939–cu ildə burada tapılmış mis pulların üzərində Şirvanşah Güştasp Fərruxzadənin də adı yazılmışdır.

Hal-hazırda, kitabələr Azərbaycan Tarix Muzeyində və Şirvanşahlar sarayında saxlanılır. Abidə 2001-ci ildə UNESCO Ehtiyat Siyahısına daxil edilmişdir.

Mənbələr:


  1. Баку. Исторические и достопримечательные места. 1954

  2. Памятники азербайджанского зодчества эпохи Низами (материалы). Щеблыкин И.П. 1943

  3. https://www.youtube.com/watch?v=FOYrSG4KnbI


 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər