top
Azərbaycanın yeganə katolik ibadətgahı: Müqəddəs Məryəm kilsəsi
04 noyabr 2021, 13:40
- +

Azərbaycanın yeganə katolik ibadətgahı: Müqəddəs Məryəm kilsəsi

Müqəddəs Məryəm katolik kilsəsi Bakıda, Xətai rayonunda, İzzət Orucov küçəsi 2A ünvanında yerləşir. Bu kilsə Azərbaycan ərazisində fəaliyyət göstərən yeganə katolik kilsəsidir.

XX əsrin əvvəllərində bu adı daşıyan başqa kilsə var idi. O kilsə indiki Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində, Şəhriyar adına Mədəniyyət Evinin yerində yerləşirdi. Keçmiş kilsə iki qülləli baş fasada malik idi. Qüllələrin mərkəzində müqəddəs Məryəmin uşaqla birgə heykəli yerləşdirilmişdi. Bakılılar buranı “Polşa Kilsəsi” kimi də adlandırırdılar.

Köhnə kilsə 1909-1912-ci illərdə neft maqnatı-Rılskilər ailəsi və məşhur neft mütəxəssisi, polşalı mesenat Vitold Zqlenitskinin maliyyə dəstəyi ilə inşa edilmişdir. Kilsənin memarı polşalı İosif Kasperoviç Ploşko idi. Sovet dövründə 1934-cü ildə həmin kilsə dağıdılmış və onun yerində Dzerjinski adına klub (indiki Şəhriyar adına Mədəniyyət Evi) tikilmişdir.

2002-ci ildə Roma Papası II İohann Pavel Azərbaycana səfər etmişdir. Bu səfərdən sonra, 2003-cü ildə yeni Müqəddəs Məryəm kilsəsinin Polşa icması tərəfindən tikilməsinə icazə verilmişdir. Tikinti 2007-ci ilin fevralında yekunlaşmışdır və 7 mart 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenintin iştirakı ilə açılışı baş tutmuşdur.

Yeni kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunmuşdur. Müqəddəs Məryəmin yeni heykəli isə azərbaycanlı heykəltəraş Hüseyn Axverdiyev tərəfindən hazırlanmışdır.

Hazırki Müqəddəs Məryəm kilsəsində eyni vaxtda 250-300 nəfər ibadət edə bilər.

2012-ci ildə Katolik kilsəsində Roma Papası II İohann Pavelin Azərbaycana səfərinin 10-cu ildönümünü qeyd edilmişdir. Bununla əlaqədar kilsəsinin möminləri üçün Müqəddəs Messa ibadəti icra olunmuşdur. Messanı Vatikandan Bakıya gəlmiş kardinal Fernando Filoni yerinə

yetirmişdir. Messadan sonra kilsənin həyətində tikilmiş Pastor Mərkəzinin açılış mərasimi baş tutmuşdur. Sonra kilsənin daxilində II İohann Pavelin Bakıya səfərinə həsr edilmiş memorial lövhənin açılışı olmuşdur.

Mənbələr: 


  1. Şamil Fətullayev-Fiqarov. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində. Bakı-2013.

  2. https://scwra.gov.az/az/view/objects/17

  3. https://masimovasif.net/%D0%BA%D0%B0%D1%82%D0%BE%D0%BB%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8%D0%B9-%D1%85%D1%80%D0%B0%D0%BC-%D0%B2-%D0%B1%D0%B0%D0%BA%D1%83-%D1%86%D0%B5%D1%80%D0%BA%D0%BE%D0%B2%D1%8C-%D0%BD%D0%B5%D0%BF%D0%BE/

  4. https://azertag.az/xeber/Bakidaki_Katolik_Kilsesi_Roma_Papasi_II_Iohann_Pavelin_Azerbaycana_seferinin_10_cu_ildonumunu_qeyd_etmisdir-13445

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər