top
AXC dövründə ticarət və sənaye naziri olmuş milyonçu oğlu Mirzə Əsədullayev
24 sentyabr 2023, 19:00
- +

AXC dövründə ticarət və sənaye naziri olmuş milyonçu oğlu Mirzə Əsədullayev

Mirzə Şəmsi oğlu Əsədullayev 1875-ci ildə Bakı şəhərində, milyonçu Şəmsi Əsədullayevin ailəsində anadan olub.

Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra o, atası Şəmsi Əsədullayevin neft şirkətində əmək fəaliyyətinə başlayıb. Atası onun mükəmməl təhsil alması, dövrünün əsl ziyalısı kimi yetişməsi üçün evdə lazımi şərait yaratmışdı. Atası Moskvada yaşadığı illərdə Bakıda neft şirkəti ilə bağlı bütün məsələləri Mirzə həll edirdi. Rus dilində təhsil aldığı üçün ana dilini mükəmməl bilməyən Mirzə Əsədullayev 1912-ci ildə Moskva konservatoriyasında oxuyan Üzeyir Hacıbəyovdan dərs almışdır.

1915-ci ildə Mirzə Əsədullayev “Qardaş köməyi” adlı qəzet nəşr etdirməyə başlamışdı. Cəmi bir nömrəsi çapdan çıxan qəzetin əldə olunan gəliri birinci dünya müharibəsi zamanı çar ordusundakı azərbaycanlılardan ibarət (rus mətbuatında “Dikaya diviziya” adı ilə tanınan) süvari qoşun hissələrindəki döyüşçülərə sərf edilmişdir. [Şüküroğlu L. Milyonçu mesenatın nazir övladı: Mirzə Şəmsi oğlu Əsədullayev. 525-ci qəzet.- 2018.- 13 iyun.- S.6.]

Əsədullayev fevral inqilabından sonra - 1917-ci ilin martında Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, 1918 ildən Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının sədri olmuşdur. Həmin il Əsədullayev Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında Qanun”una əsasən, Neft Sənayeçiləri Qurultayı Şurasından Cümhuriyyət Parlamentinə seçilmişdir. O, “Müsavat” və bitərəflər fraksiyasına daxil idi. Əsədullayev 1918-ci ilin dekabrından 1919-cu ilə qədər Üçüncü Hökumət kabinəsində ticarət və sənaye naziri vəzifəsini icra etmiş, Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərmişdir.

Sovet hakimiyyətinin işğalından sonra - 1920-ci ilin mayında Əsədullayev həbs olunmuş, qısa müddətdən sonra azad edilmişdir. O, hökumətdən rəsmi icazə alaraq, Parisə getmiş, ömrünün sonuna kimi orada yaşamışdır. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. I cild. Bakı-2004]

Mirzə Əsədullayev 14 aprel 1936-cı ildə vəfat edib və Parisin Bobinyi qəsəbəsindəki müsəlman qəbiristanlığında dəfn edilib. [https://www.baku.ru/blg-list.php?id=95189]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər