2016-cı aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın ön xətt mövqelərinə və yaşayış məntəqələrinə intensiv artilleriya atəşi ilə hücuma başlayıb. Azərbaycan tərəfi əks-hücumla təxribatın qarşısını alıb.
Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşməndən azad olundu.
Döyüşlər zamanı Azərbaycanın 90-dan çox hərbi qulluqçusu şəhid olub, 40-dan artıq döyüşçüsü yaralanıb.
Aprelin 5-də təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Atəşkəs sazişinin 1994-cü ildə imzalanmasından bəri aprel döyüşləri ən şiddətli döyüşlər idi.