Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlar arasında özünün kütləviliyi və yayılma miqyasına görə 1918-ci il 31 Mart Soyqırımı ən dəhşətli hadisələrdən biri kimi tarixə düşüb. 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər.
Bununla kifayətlənməyən Şaumyanın dəstələri Bakı sakinlərini qarət edib, onlara 400 milyon rubl həcmində maddi ziyan vurdular. Bundan əlavə, şəhərdə müsəlmanların ziyarətgahlarının çoxu dağıdıldı. Ermənilər ağır toplardan Təzəpir və Şah məscidlərini atəşə tutdular, “İsmailiyyə”ni, “Kaspi” qəzeti redaksiyasının binasını, bir çox mehmanxana və milyonçu evlərini yandırdılar.
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlı öldürüldü. Rəsmi məlumatlara görə, Mart Soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Erməni Ovanes Apresyanın xatirələri əsasında yazılmış “İnsanlar belə imişlər” adlı kitabda verilər məlumata görə, ermənilər təkcə Bakıda Mart qırğını zamanı 25 min azərbaycanlını öldürmüşdülər.
Mənbələr: