Bakının 4 rayonunda ağaclar qanunsuz kəsilib. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Aparılan araşdırma zamanı bir sıra şirkətlər və fərdi şəxsin qanun pozuntusu etdiyi məlum olub. Onların siyahısı aşağıdakı kimidir:
- Xətai rayonu, Nəsirəddin Tusi küçəsində - “Hayat Residence” MMC;
- Nəsimi rayonu ərazisində - “İnvest M. Construction” MMC;
- Nərimanov rayonu, Heydər Əliyev prospektində - “FMG” MMC;
- Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində - “Ailə Park” QSC;
- Qaradağ rayonu, Lökbatan qəsəbəsində - vətəndaş Tahir Osmanov.
Faktlarla bağlı toplanan sənədlər Baş Prokurorluğa göndərilib. Araşdırmalar davam edir.