Paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində bir nəfərə məxsus avtomobildən 1220 manat talanıb.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı qadın saxlanılıb.
Səbail rayonunda isə evlərin birinin qarşısından skuter oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 49 yaşlı T.Rəcəbov, Xəzər rayonunda isə bir motosikleti qaçırmaqda şübhəli bilinən iki nəfər - 58 yaşlı V.Bağırov və 42 yaşlı V.Dadaşov saxlanılıb.
Araşdırma aparılır.