Ziya Bünyadov prospektində sıxlıq yaranıb. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.