top
Zirənin dənizdə batan futbolçusunun meyiti tapıldı - TƏFƏRRÜAT 
18 iyul 2025, 09:23
- +

"Zirə"nin dənizdə batan futbolçusunun meyiti tapıldı - TƏFƏRRÜAT 

"Zirə" futbol akademiyasının üzvü Fərid Şahverdiyev vəfat edib.

Bakuplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-16 komandasının futbolçusu ötən gün çimərlikdə boğulub.

Fərid Şahverdiyevin Xəzər dənizində bataraq vəfat etdiyi hadisənin təfərrüatları da bəlli olub.

Bu barədə teleqraf.az-a komandanın baş məşqçisi Yasin Yaqubov məlumat verib.

Onun sözlərinə görə, yeniyetmə futbolçu evlərinin yaxınlığındakı Şüvəlan çimərliyinə dostları ilə birlikdə yollanıb.

"Dənizdə üzdükləri vaxt onlardan 3-ü batma təhlükəsi ilə üzləşib. Həmin vaxt dənizdə üzən kənar bir şəxs onlardan 2-ni xilas edə bilib. Daha uzaqda olan Fərid Şahverdiyevi də xilas etməyə yollandıqda onu tapa bilməyib. Hadisə iyulun 17-də saat 16:30 radələrində baş verib. Fəridin meyitini hadisədən iki saat sonra dalğıclar tapıblar. Oradan Mərdəkan qəsəbəsindəki 26 saylı xəstəxanaya aparılıb", - deyə o bildirib.

Yaqubov dəfn yeri və saatının da müəyyənləşdiyini söyləyib: "Allah heç kimə göstərməsin, dəhşətli hadisədir. İndiyədək anasının və digər yaxınlarının fəryadı qulağımdadır. Hadisənin təsirindən özümə gələ bilmirəm. Nəşini ailəsinə təhvil verdik. Cənazəni evlərinə apardığımız vaxt 500-dək insan var idi. Dəfn bu gün saat 11-də olacaq. Mərhum Şüvəlan qəbiristanlığında torpağa tapşırılacaq".

Baş məşqçi mərhum futbolçunu belə dəyərləndirib: "Özü 14 yaşından "Zirə"də idi, mənim rəhbərliyim altında məşq edirdi. Sağ və sol cinah yarımmüdafiəçisi mövqelərində oynayırdı. Çox mərifətli, əxlaqlı, tərbiyəli, mehriban, gülərüz insan, istedadlı oyunçu idi. Barəsində yalnız xoş sözlər demək olar. Allah rəhmət eləsin. Allah valideynlərinə səbir versin".

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər