Nərimanov rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Ziya Bünyadov prospektində baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə hərəkət edən “Toyota” ona çarpılıb.
Nəticədə sonuncunun sürücüsü xəsarət alıb, ərazidə tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_134554" align="alignnone" width="640"] Foto APA[/caption]