Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Prospekti keçmək istəyən 20 yaşlı Mürvət Rasimi avtomobil vurub. Gənc xəstəxanaya aparılıb, ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.