Nərimanov rayonunda minik və yük avtomobilləri toqquşub. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Ziya Bünyadov prospektində baş verib. “AzSamand” markalı avtomobil hərəkətdə olan zaman “İveco” markalı zibilyığan yük maşını ilə toqquşub. Nəticədə birincinin sürücüsü, 40 yaşlı Eynulla Talıbov avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq sürücünü deformasiyaya uğrayan avtomobildən çıxarıblar.
Faktla bağlı araşdırmalar davam edir.