Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəzaya düşən 99-JG-895 dövlət qeydiyyat nişanlı avtomobillə iriqabaritli yükün daşınması icazəsinin alınması üçün müraciət edilməyib.
Araşdırmalar davam edir.
11:04 - Ziya Bünyadov prospektində yük maşını qəza törədib
Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.