Bakıda 2 prospektin kəsişməsində insident baş verib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Nərimanov rayonunda, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yük avtomobili texniki nasazlıq səbəbindən yolda qalıb. Bu səbəbdən “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hazırda sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.