Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Ziya Bünyadov prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.