Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.
Qəza nəticəsində metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.