Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində iki yük maşını toqquşub. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az APA-ya istindən məlumat verir.
Qəza zamanı yüklə dolu iki “KamAZ” markalı avtomobil toqquşub. Toqquşma zamanı xəsarət alan olmayıb. Yük maşınlarına maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Əldə olunan məlumata görə, sözügedən ərazidə baş vermiş qəzadan öncə analoji yol-nəqliyyat hadisəsi baş verib. Prospektdə daha iki “KamAZ” toqquşub.
[caption id="attachment_109043" align="alignnone" width="640"] Foto Apa.az saytı[/caption]