Ziya Bünyadov prospektində sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında hərəkətdə olan minik avtomobilinin üzərindəki yük yola dağılıb. Nəticədə metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hazırda sıxlığın aradan qaldırılması üçün zəruri addımlar atılır.