Nərimanov rayonu, Ziya Bünyadov prospektində avtomobil qəzaya düşüb. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Mitsubishi” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq öncə yolayrıcındakı işıq dirəyinə çarpılıb, daha sonra bir neçə dövrə vuraraq aşıb. Nəticədə sürücü və sərnişin ağır xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_130812" align="alignnone" width="640"] Foto APA.az[/caption]