Nərimanov rayonu, Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını qarşıda gedən “AzSamand” markalı nəqliyyat vasitəsinə çarpıb. Sonuncu isə ardıcıl olaraq “Opel” və “Toyota” ilə toqquşub. Nəticədə “AzSamand”ın sərnişini xəsarət alıb.
Təfərrüatlar araşdırılır.