Bakıda yeniyetmə qız ailəsi tərəfindən döyülüb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Sosial şəbəkələrdə yayılan məlumata əsasən, Nərimanov rayonunda yerləşən peşə məktəbində oxuyan 16 yaşlı qız valideynləri tərəfindən şiddətə məruz qalır. Bildirilir ki, valideynləri qızı gecə saatlarında döyərək evdən qovublar və onu küçədə gecələməyə məcbur ediblər.
Yeniyetmə polisə müraciət edib və sığınacağa yerləşdirilməsini istəyib. Nərimanov rayon Polis İdarəsindən isə məsələnin araşdırıldığı qeyd olunub.