Bakının Nərimanov rayonu ərazisində yerləşən taxta bazarından taxta məmulatları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində taxta bazarından 6200 manat dəyərində taxta məmulatları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Ə.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.