Bakıda quldurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən quldurluq etməkdə şübhəli bilinən Y.Məmmədov saxlanılıb. Araşdırmalarla onun qəsəbə ərazisində S.Zeynalova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən olunub.