Paytaxtın Pirallahı rayonu, Qala qəsəbəsində intihara cəhdin qarşısı alınıb. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
28 yaşlı Yalçın Mehtiyev yaşadığı evdə kəsici alətlə bədəninə çoxsaylı xəsarətlər yetirərək özünə qəsd etmək istəyib.
Hadisə yerinə gələn FHN-in xilasedici briqadası onu yaşadığı evdən çıxararaq təcili tibbi yardım əməkdaşlarına təhvil verib. O, koma vəziyyətində xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.