Bakının Pirallahı rayonu, Pirallahı-Dübəndi yolunda olümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Ford Transit” markalı avtomobilin sürücüsü Sərxan Abdullayev hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarındakı maneəyə çarpılıb. Nəticədə avtomobil aşıb, sərnişin Elşən Pənahov isə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.