Pirallahı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 10 kv.m sahədə, digər otaqda isə yataq dəsti alışıb. Evin qalan hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.