Bakıda 34 yaşlı qadın itkin düşüb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxtın Pirallahı rayonunda 34 yaşlı Çinarə Barışova 20 yanvar tarixində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin Pirallahı Rayon Polis İdarəsinə 012 457 02 02 şəhər və 050 670 08 06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.