Paytaxtın Pirallahı rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 56 kv.m olan birmərtəbəli yaşayış evi tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.