Bakının Pirallahı rayonunda velosipedçi qəzaya uğrayıb. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
54 yaşlı Azər Abbasəliyev idarə etdiyi velosipedlə hərəkətdə olan zaman avtomobillə toqquşub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.