Paytaxtın Pirallahı rayonunda pul talayan şəxs tutulub. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, adıçəkilən qəsəbədə 1 nəfər qadın bankomatdan pul çıxarmaq üçün 2 nəfərə müraciət edib. Onlar isə qadını aldadaraq onun bank kartından 310 AZN oğurlayıblar. Araşdırma zamanı Bakı şəhər sakinləri, əvvəllər oğurluğa görə məhkum olunmuş Eybət Cavadov və əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Səttar Abdullayev şübhəli şəxslər qismində saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam edir.