Paytaxtın Pirallahı rayonu, Qurban Abbasov küçəsində ehtiyatsızlıq ölümə səbəb olub. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
42 yaşlı Mahirə Mustafayeva qonşusunun avtomobilinin altında qalıb. O, nəqliyyat vasitəsinin arxasında dayanıb və sürücü görmədən onun üzərindən keçib. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.