Bakının Pirallahı rayonunda xəsarətlə nəticələn yol qəzası baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
46 yaşlı Marina Tyurina yolu keçən zaman onu avtomobil vurub. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş beyinin əzikləri diaqnozları qoyulub.
Hazırda araşdırmalar aparılır.