Paytaxtın Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
30 yaşlı Aydın Novruzov motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü müxtəlif bədən xəsarətləri, eləcə də açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.