Bakının Pirallahı rayonu, S.Vurğun küçəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Bakı şəhər sakinləri Ə.Zeynalovun idarə etdiyi “Mercedes” markalı və Ş.Fərziyevin idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Zeynalov hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.