Pirallahı rayonunda meyit tapılıb. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar mənzilin giriş qapısını açdıqdan sonra içəridə 1 nəfərin cansız bədənini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.