Pirallahı rayonunda kişi güllələnib. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
48 yaşlı İlham Həşimov sərxoş vəziyyətdə mübahisə zamanı 55 yaşlı qardaşının ayağından tüfənglə vurub. Nəticədə kişi yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Şübhəli şəxs saxlanılıb. Ondan 1 ədəd “Bum” markalı tüfəng götürülüb.