Pirallahı rayonunda qız binadan yıxılaraq ölüb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində 29 yaşlı İlhamə Hacıyeva yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisənin intihar olması, yoxsa ehtiyatsızlıqdan baş verməsi araşdırılır.