Bakının Pirallahı rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsindən verilən məlumata əsasən, evlərin birindən 20.000 manat pul və 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəsir İbrahimov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.