Bakının Pirallahı rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Chevrolet” markalı avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.