Bakının Pirallahı rayonunda azyaşlıların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sözügedən ərazidə iki avtomobil toqquşub. Qəza nəticəsində 13 yaşlı Ülkər Əlizadə, 11 yaşlı Bəxtiyar Hüseynov və 13 yaşlı Fatimə Quliyeva xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır.