Pirallahı rayonunda külli miqdarda tütün məmulatları aşkarlanıb. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində olan “Ford” markalı nəqliyyat vasitəsində və digər saxlanc yerlərində gizlədilmiş aksiz markası ilə markalanmayan, 267.806 AZN dəyərində 837.600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb. 3 nəfər saxlanılıb.