Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
47 yaşlı Ramil Həsənov adıçəkilən rayon ərazisində küçədə tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, yaralı vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.