Pirallahıda evdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov rayonun Gürgan qəsəbəsində yerləşən evlərin birindən 45 AZN pul və 10.000 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırma aparılır.