Pirallahı rayonunda əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
6 müəssisə tərəfindən 100 vakansiyanın təklif olunacağı yarmarka 2 saat davam edəcək. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Tədbir 18 avqust saat 10:00-12:00 arası Pirallahı Gənclər Evində, S.Vurğun küçəsi, 190 ünvanında keçiriləcək.