Paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospektində kobud qayda pozan sürücü videosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan 77-CK-398 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edərək qəza şəraiti yaradıb. Belə ki, gah sağa, gah da sol zolağa keçid edən sürücü yük maşınını ötmək üçün anidən onun qarşısına keçib. O, son anda manevr edərək ağır qəzadan xilas olub.