Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un verdiyi məlumata görə, avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Sarıyeva Samirə Mehman qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.