Səhər saatlarında paytaxt ərazisində yol qəzası baş verib. Bakuplus.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Eyni istiqamətdə hərəkətdə olan “VAZ-2107” markalı avtomobili və "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşublar.
Xəsarət alan olub-olmadığı barədə məlumat yoxdur.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.